Ukrayna
Paytaxt: Kiyev
Rəsmi dil: Ukrayn dili
Ərazi: 603,6 min km², dünyada 44-cü yer
Əhali: 42.4 milyon nəfər
Valyuta: qrivna, UAH
Telefon kodu: (+380)
Internet domeni: .ua
Ukrayna Universitetlərinə qəbul üçün əlaqə: +994 50 404 41 95
İyirmi birinci əsr tərəqqi, informasiya texnologiyaları və inkişaf dövrü hesab olunur. Tərəqqi ilə ayaqlaşmaq, xəyallarına uyğun iş tapmaq və ya öz uğurlu biznesini yaratmaq üçün hər bir vətəndaşın keyfiyyətli təhsilə ehtiyacı var. Xaricdəki universitetlər xüsusilə populyardır, çünki xaricdə təhsil ilə yanaşı gələcək həyatınız üçün böyük təcrübə qazandırır.
Ukrayna Təhsil və Elm Nazirliyinin xarici tələbələrin Ukrayna ali təhsil müəssisələrinə qəbul statistikasını nəzərə alaraq, bu ali təhsil müəssisələrinin xarici abituriyentlər arasında populyar olduğunu əminliklə demək olar. Hal-hazırda Ukrayna Dövlət Universitetlərində 147 ölkədən təxminən 75.000 xarici tələbə təhsil alır. Bu, digər Avropa dövlətləri ilə müqayisədə çox böyük bir göstəricidir. Avropa ölkəsi olması, habelə Avropa standartları və dəyərləri ali təhsil müəssisələrində təklif olunan təhsilin keyfiyyətinə təsir göstərmişdir. 200 ildən artıq tarixə malik universitetlər tək təhsil müəssisəsi deyil, həm də bir muzeydirlər.
Ukraynada oxumaq, keyfiyyətli təhsil və ölkənin zəngin tarixi ilə tanışlıqdan ibarət bir tələbəlik illəridir. Ukraynanın hər bölgəsi fərdi ənənələri, tarixi abidələri və mətbəxi ilə fərqlənir. Ukrayna xalqının çox mehriban olduğunu və xarici tələbələrə çox yaxşı münasibət bəslədiyi heç kimə sirr deyil. Ölkənin iqlimi çox fərqlidir. şimalda daha soyuq, cənubda isə isti. Polşa, Macarıstan kimi Avropa ölkələri ilə həmsərhəddir. İkili diplom və beynəlxalq mübadilə proqramları üzrə imzalanmış müqavilələr Ukrayna Universitetlərini xarici tələbələr üçün daha da cəlbedici edir. Dünyanın əksər ölkələri ilə Ukrayna diplomlarının tanınması ilə bağlı razılaşmalar mövcüddur. Azərbaycan Nazirlər Kabineti və Ukrayna Höküməti arasında 2000-ci ildə təhsil sənədlərinin tanınması, ekvivalentliyi və nostrifikasiyası üçün imzalanmış bu cür müqavilə mövcüddur və bu anlaşma bu günə qədər qüvvədədir. Bu müqavilələr sayəsində, məzun olduqdan sonra diplomların nostrifikasiyası və ekvivalentliyi (tanınması) çox asanlıqla və sadələşdirilmiş formada həyata keçirilir. Beynəlxalq diplom Ukrayn və İngilis dillərində verilir.
Ukraynada Təhsil üzrə rəsmi şirkət
Bu sual Ukraynanın dövlət universitetlərinə daxil olmaq istəyən hər kəsi çox maraqlandırır. Çünki “Ukraynada Təhsil” şirkətləri həddində artıq sayda mövcüddur və hər bir şirkət Ukraynadakı universitetlərin rəsmi nümayəndəsi olduğunu söyləyir. Belə olduğu halda hansı şirkətlə əməkdaşlıq etmək, şirkəti necə seçmək sualları yaranır.
Hər bir rəsmi şirkət Ukrayna Təhsil və Elm Nazirliyi yanında Dövlət Beynəlxalq Təhsil Mərkəzinin elektron jurnalında qeydiyyata alınmışdır. Qeydiyyata alınmış şirkət vasitəsilə qəbul olarkən tələbənin akkreditə olunmuş bir universitetə yerləşdiriləcəyinə, təhsil almaq üçün rəsmi dəvət məktubu alacağına, oxuduğu dövr ərzində bütün lazımi köməklik göstəriləcəyinə, yataqxanada məskunlaşacağına, Miqrasiya idarəsindən oturum izninin alınacağına əmin ola bilərsiniz.
DİQQƏT: Rəsmi Dəvətnamədə əməkdaşlıq etdiyiniz şirkətin adı göstərilməlidir. Əgər şirkətin adı qeyd edilməyibsə, deməli həmin şirkət qeydiyyata alınmayıb və universitetlə müqaviləsi mövcüd deyildir.
Dövlət universitetlərinə yalnız rəsmi şirkətlər vasitəsi ilə qəbul olun! FD Education şirkəti Ukraynanın Təhsil və Elm Nazirliyi yanında Beynəlxalq Təhsil Dövlət Departamentində akkreditə olunmuş və qeydiyyata alınmışdır.
Niyə Ukraynada təhsil almalısınız?
Ukraynada universitet seçmək üçün çox mühüm səbəblər mövcüddur. Təhsil müəssisələrinin əksəriyyəti dövlət statusuna malikdirlər. Ölkədə bir neçə özəl universitet var. Amma Əcnəbi tələbələrin əksəriyyəti dövlət universitetlərini seçirlər. Bu universitetlər xarici tələbələrin qəbulu və təhsili üçün Ukrayna Təhsil və Elm Nazirliyindən əlavə akkreditasiya alırlar. Polşa, Macarıstan, Belarusiya və buna oxşar digər ölkələrdə də dövlət universitetləri var, lakin Ukraynanın ali təhsil müəssisələri daha cəlbedicidirlər. Niyə əcnəbilər ali təhsil almaq üçün Ukraynanı seçirlər? Səbəblər aşağıda qeyd edilmişdir:
- Akkreditə olunmuş Dövlət universitetləri
- Uyğun təhsil haqqları
- Tələbə yataqxanaları
- Aşağı yaşam xərcləri
- Yerli əhalinin dost münasibəti
- Avropa və Amerikada bir çox beynəlxalq proyektlər.
Universitetlərə qəbul ildə 2 dəfə həyata keçirilir. Hazırlıq şöbəsinə isə ilboyu qəbul olmaq mümkündür. Xaricdə təhsil almağı planlaşdırmaq üçün bu çox əlverişlidir, çünki tələbələr viza gecikmələri və ya xaricdə təhsil almaqla bağlı digər problemlərdən narahat olmurlar. Ukraynanın ali təhsil müəssisələrində oxumağı seçməklə münasib qiymətlərlə keyfiyyətli Avropa təhsili əldə edəcəyinizə əmin ola bilərsiniz. Tələbələr bakalavr, magistr və doktoranturaya daxil ola bilərlər. Universitet diplomları Avropa, Amerika, Afrika və Asiyada tanınır. Peşəkar karyeranız keyfiyyətli bir ali təhsil aldıqdan sonra başlayacaq. Dövlət universitetləri populyar şirkətlər və sənaye müəssisələrində təcrübə təklif edirlər.
Rahat yaşayış şəraiti insan üçün əsas amillərdən biridir. Xarici tələbələr universitet yataqxanalarında yaşaya və ya mənzil kirayə edə bilərlər. Ukrayna universitetində tələbə olmaq Avropa və Amerika universitetləri ilə beynəlxalq mübadilə proqramlarında iştirak etmək üçün əla imkandır.
Tədris dilini bilməyən abituriyentlər üçün hazırlıq fakültəsi təklif olunur. Bu şöbə tələbələrə üç dildə danışmağı öyrədir: Rus, Ukrayn və İngilis. Kursların birinci semestri yalnız dilin öyrənilməsinə həsr olunur, ilin ikinci yarısında isə profil fənlər əlavə olunur ki, bu da gələcəkdə təhsil almağı asanlaşdırır. Kursların sonunda sertifikat təqdim olunur və bu sənədlə ölkənin istənilən universitetinə daxil ola bilərsiniz. Hazırlıq şöbəsində təhsil 10 ay davam edir. Bütün müraciət edənlərin pasportu və tam orta təhsil sənədləri olmalıdır. Sənədlər Ukrayn dilinə tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir. Bu sənədləri təqdim etdikdən sonra Dəvət məktubu alacaqsınız. Hava limanında qarşılanmaq üçün uçuş tarixini bildirmək lazımdır. Universitetə gəldikdən sonra qeydiyyatdan keçirik, rəsmi yaşayış icazəsi almaq üçün sənədləri Miqrasiya Xidmətinə təqdim edirik və s.
Ukrayna universitetləri
Bu gün Ukraynada təxminən 330 ali təhsil müəssisəsi var ki, onların da əksəriyyəti dövlət statusuna malikdirlər. Əksər universitetlər və xarici tələbələr Kiyev, Sumı, Xarkov və Odessada cəmləşiblər. Son illər xarici tələbələr universitet seçimi zamanı "TOP 200 Ukrayna" və "QS World Universities Rankings" reytinq siyahılarından yararlanmağa başlayıblar. Ukraynadakı populyar və reytinqli universitetlərin siyahısını təqdim edirik:
- Taras Şevçenko adına Kiyev Milli Universiteti
- Kiyev Milli Texniki Universiteti
- Sumi Dövlət Universiteti
- V.N.Karazin adına Xarkov Milli Universiteti
- İvan Franko adına Lvov Milli Universiteti
- Lvov Milli Texniki Universiteti
- Xarkov Milli Aviasiya Universiteti
- Xarkov Milli Texniki Universiteti
- Kiyev Milli Aviasiya Universiteti
Bu ali təhsil müəssisələri həm ukraynalılar, həm də xarici vətəndaşlar arasında çox populyardırlar. Universitetlər tibb, stomatologiya, menecment, mühəndislik, maliyyə, iqtisadiyyat, kompüter elmləri, proqram təminatı mühəndisi, kompüter elmləri, turizm, aviasiya, təyyarələrə texniki xidmət, mühəndislik, enerji, elektrik mühəndisliyi, neft və qaz, avtomatika, ekologiya, filologiya, xarici dillər, tərcümə və sair bu kimi akkreditə olunmuş bir çox təhsil proqramları təklif edirlər. Tədris üç dildə təklif olunur: İngilis, Ukrayn və Rus dillərində. Bütün ixtisaslar dünyanın hər yerindən gələn tələbələrin qəbulu üçün nəzərdə tutulmuş və lisenziyalaşdırılmışdır. Ən çox qəbul olan tələbələr Hindistan, Azərbaycan, Mərakeş, Özbəkistan, Türkiyə, Nigeriya tələbələridirlər.
Ukraynada təhsil haqqı
Ukrayna dövlət universitetlərində münasib təhsil haqqı ilə Avropa təhsili təklif olunur. Təhsil haqqı seçilən fakültəyə, universitetə və şəhərə bağlıdır. Tədris dilindən asılı olaraq Hazırlıq fakültələri üçün təhsil haqqı qiymətləri illik 1000 - 1500 dollar arası dəyişir. Məsələn, ingilis dilində hazırlıq kursu rus dilindən daha bahadır. İqtisadi ixtisasların qiyməti ixtisas və tədris dilindən asılı olaraq ildə 1500 - 2500 dollardan başlayır. Tibbi ixtisasları ən bahalı hesab olunurlar, fakültədən və tədris dilindən (rus, ukrayn və ingilis) asılı olaraq ildə 3800 - 4500 ABŞ dolları arası dəyişir. Kompüter ixtisasları ildə 1400 dollardan 2400 dollaradək təklif olunurlar. Xarici tələbələrlə yanaşı, bir çox Ukrayna vətəndaşları da bu fakültələrdə təhsil alırlar. Populyar ixtisaslardan biri də aviasiyadır. Kiyev və Xarkov aviasiya universitetlərində bu ixtisaslar üzrə ali təhsil almaq istəyən çox sayda xarici tələb var. Qiymətlər ildə 2200 ABŞ dollarından başlayır və 3,000 ABŞ dollarına qədər dəyişir. Azərbaycan vətəndaşları Ukrayna universitetlərində çoxluq təşkil edirlər. Təhsil haqqı il ərzində iki və ya üç dəfəyə ödənilə bilər. Lakin, birinci il təhsil haqqının tam ödənilməsi tələb oluna bilər.
Ukraynanın Tibb Fakültəsi (Müalicə İşi fakültəsi)
Tibb ixtisası - Ukraynadakı xarici tələbələr arasında ən populyar bir ixtisasdır. Polşada təhsilin dəyəri ildə 8.000 – 12.000 avro olduğu halda, Ukraynada təhsil haqqı illik 3800 - 4500 ABŞ dollarıdır. Təhsil müddəti 6 ildir. Tələbələr ölkənin dövlət xəstəxanalarında təcrübə keçirlər. Ukrayna SSRİ-dən bəri tibbi tədqiqatları ilə məşhurdur. Tibb sahəsində çoxillik təcrübəni nəzərə alsaq, Ukraynada bu sahənin seçilməsi təsadüfi deyildir. Əczaçılıq üçün Kiyev, Sumı, Xarkov, Lvov şəhərlərini seçmək daha məqsədə uyğundur. Bu böyük şəhərlərdə urologiya, cərrahiyyə, ginekologiya və s şöbələr üzrə rahat təcrübə üçün bir çox xəstəxanalar fəaliyyət göstərirlər.
Ukraynada Diş Həkimliyi Fakültəsi (Stomatologiya)
Bu gün peşəkar diş həkimləri dünyanın hər yerində yüksək maaşlı işlə təmin oluna bilirlər. Bunun üçün reytinqli universitetlərin birində stomatologiya ixtisası üzrə təhsil almalısınız. Bu ixtisasa yiyələnmək istəyən xarici vətəndaşların sayı ildən ilə durmadan artır. Münasib təhsil haqqı ilə diş həkimliyi təklif edən dövət universitetlərində tələbə qəbuluna limitlər mövcüddur. Təcrübə keçmək üçün çox sayda dövlət və özəl xəstəxanaları təklif edilir. Stomatologiya fakültəsi üzrə təhsil haqqı təxminən 4000 ABŞ dolları təşkil edir. Polşa, Rusiya, Macarıstan və Avropanın digər ölkələri ilə müqayisədə qiymətlər demokratikdir. Təhsil müddəti 5 ildir. 5 ildən sonra alt çənə və ya üst çənə cərrahiyəsi üzrə ordenaturaya daxil ola bilərsiniz.
Ukraynada İqtisadiyyat, Menecment fakültələri
Ukrayna Avropada yerləşir və bir çox qlobal müəssisələr ölkənin müxtəlif şəhərlərində filiallarını açırlar. Hər il ölkə iqtisadiyyatı böyüyür və istehsalın idarə edilməsi üçün iri şirkətlər yeni texnologiyalar tətbiq etmək məcburiyyətindədirlər. Avropa və Amerika şirkətləri Ukrayna bazarında işləməkdə maraqlıdırlar və buna görə şirkətlərin sayı hər il getdikcə daha da artır. Xaricdə universitetə daxil olmaq və iqtisadiyyat ixtisası və ya menecer dərəcəsi almaq qərarına gəlsəniz, o zaman düzgün seçim etdiyinizə əmin olun.
Ali təhsil müəssisələri əyani və qiyabi təhsil təklif edirlər. Tələbələrə təcrübə keçmək, həmçinin Ukrayna və Avropanın böyük şirkətlərinin fəaliyyəti ilə tanış olmaq üçün hər cür şərait yaradılmışdır. Seçiminizdən asılı olaraq, menecment, maliyyə, iqtisadiyyat, mühasibat və audit, marketinq, beynəlxalq iqtisadiyyat və digər ixtisaslar üzrə təhsili seçə bilərsiniz. Bir müəssisənin balans hesabatını tərtib etməyi, bir şirkətin gəlir və xərclərini hesablamağı və heyətini səmərəli idarə etməyi öyrənəcəksiniz.
Ukraynada Kompüter Elmləri fakültəsi
Zamanımızı informasiya texnologiyası olmadan təsəvvür etmək heç mümkün deyil. Dövlət və özəl qurumlar hər il yeni texnologiyalar tətbiq edir və proqram təminatını yeniləyirlər. Bu cür tədbirlər olmadan hər hansı bir şirkətin işini idarə etmək çox çətindir. Dövlət qurumları və ya özəl firmaların müştəriləri ilə əlaqə qurarkən ölkə vətəndaşları hər şeyi distant etməyi və bütün sifarişləri təşkilatın saytında onlayn şəkildə təqdim etməyi üstün tuturlar. Bu sahəyə olan tələbin hər il artdığına görə bu isxtisaslara qəbul olmaq istəyən xarici ölkə vətəndaşlarının da sayı durmadan artır. Kompüter ixtisaslarına yiyələnən bir məzunun Avropa ölkələrində məşğulluğunda heç bir çətinlik yaşanmır. Bu sahə dünyanın bütün ölkələrində yüksək ödənişlidir.
İndi hər bir şirkətin və hər bir hökumət təşkilatının öz rəsmi veb saytı və bu elektron mənbəyə xidmət etmək üçün proqramçıları var. Son illər iri təşkilatlar imicini artırmaq üçün, Android və İOS sistemlərinə əsaslanan mobil tətbiqetmələr sifariş verməyə başlayıblar. Bu cür mobil proqramların keyfiyyətli yaradılması üçün yüksək səviyyəli mütəxəssislərə böyük ehtiyac duyulur. Bu cür mobil tətbiqlər daim texniki xidmət tələb edirlər. Peşəkar mütəxəssislər olmadan şirkətin imicini yüksək səviyyədə saxlamaq mümkün deyil.
Ukraynada mühəndislik fakültələri
Sovet İttifaqı dövründən bəri Ukraynada bir çox fabrik və zavodlar qalıb. Bəziləri bağlansa da, bie çoxları müəyyən zaman keçdikdən sonra modernləşdirilib və işləyirlər. Müxtəlif ixtisaslaşdırılmış müəssisələrdə çox sayda işçi çalışır. Universitetlər və müəssisələr çoxillik təcrübələrini tələbələrlə bölüşməyə hazırdırlar. Mexanik, elektrik, mühəndis, inşaatçı, dizayner, texnoloq, hidrotexnika, sistem mühəndisliyi, istilik mühəndisi, mexatronik, avtomatika, ekoloq kimi ixtisaslar təklif olunur. Hər şirkət yüksək ixtisaslı mütəxəssis axtarır. Ukrayna universitetlərini seçməklə uzun illərin təcrübəsinə yiyələnərək gələcəyinizə əmin olacaqsınız.
Ukraynada yaşam xərcləri
Xarici tələbələr universitet yataqxanalarında yaşamağa üstünlük verirlər. Müxtəlif şəraitli tələbə yataqxanaları təklif olunur - təmirli, 2 və ya 3 nəfərlik otaqlar və sair. Tələbələr yaşam üçün ildə təxminən 280-350 dollar ödəyirlər. Daha yaxşı şərait istəyirsinizsə, kirayə mənzilləri nəzərdən keçirə bilərsiniz. Bir mənzilin kirayə haqqı təhsil aldığınız şəhərdən asılı olaraq çox fərqlənir. Məsələn, Sumı şəhərində hər şəraiti olan yeni bir binada 1 otaqlı mənzili aylıq 200 dollara kirayə götürmək olarsa, Kiyev və ya Xarkov şəhərlərində qiymətlər aylıq 300-350 dollardan başlayacaq. Bir mənzildə bir otaq kirayələməyi də düşünə bilərsiniz. Hər halda, xarici tələbələrə yaşayış yeri ilə təmin edilirlər.
Yaşayış otaqları və dərs auditoriyaları hazırlıq şöbəsində tələbələr üçün eyni binada yerləşir. Hər bir ali təhsil müəssisəsində xarici tələbələrin rahat yaşamaları üçün çoxlu yataqxanalar var. Otaqlarda 2 və ya 3 tələbə yaşayır. Hər bölmə üçün ayrıca duş otaqları və tualet var. Bundan əlavə, tələbələr qaz sobası və digər ehtiyacları olan geniş mətbəxə sahibdirlər. Yataqxanalar gündə 24 saat mühafizə olunur, təhlükəsizlik kameraları quraşdırılıb, sakinlərin və qonaqların ziyarətləri izlənilir. Qonaqları ziyarət etmək və qəbul etmək üçün müəyyən saatlar mövcüddur. Binada siqaret çəkmək qəti qadağandır. Ərazilər təmizlənir, dərsdən sonra istirahət üçün hər cür şərait yaradılıb. Maraqlananlar idmanla məşğul ola bilərlər (güləş, karate, cüdo və sair), hovuzdan istifadə edə və ya xoş əyləncəli digər bölmələrə baş çəkə bilərlər.
Ukrayna universitetləri TOP dünya reytinqlərində
Bu günə qədər Ukraynada yerləşən bir sıra universitetlər QS Dünya Universitetləri Reytinqi, Times Higher Education kimi nüfuzlu dünya universitetləri sıralamalarında yer almışlar. Belə ali məktəblər arasında Taras Şevçenko adına Kiyev Milli Universiteti, Sumı Dövlət Universiteti, Kiyev Milli Texniki Universiteti, Lvov Milli Universiteti və sair ali təhsil müəssisələrini göstərmək olar. Bu universitetlərin adlarının dünyanın ən reytinqli universitetləri siyahılarında görünməsindən sonra xarici və yerli tələbələrin sayı kəskin şəkildə artmışdır. Dünyanın ən reytinqli 1000 universiteti siyahısında 450 və ya 750-ci yeri tutan universitetlərə rast gəlmək mükündür. Bu siyahıya Amerika, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, İsveç və digər ölkə universitetlərinin başçılıq etdiyini nəzərə alsaq bu çox böyük bir göstəricidir.
Siyahıda yer alan universitet yer aldığı reytinq siyahısında qalmağa çalışacaq və bunun üçün təklif olunan təhsilin keyfiyyətini, tədris və yaşayış şəraitini, təkcə Ukrayna vətəndaşlarının deyil, həm də xarici vətəndaşların sayını artıracaqdır. Qeyd etmək istəyirik ki, xarici tələbələrin sayı universitetin dünya reytinq siyahılarına daxil edilməsinə təsir göstərir. Bu cür universitetlərin diplomu məzun üçün geniş imkanlar açırlar. Beləliklə, xaricdəki ən yaxşı universitetləri seçməyi məsləhət görürük. Alınan keyfiyyətli təhsil və geniş təcrübə karyera yüksəlişinin və bütövlükdə gələcəyin açarıdır!
Ukraynada təhsil almaq, Avropanın mərkəzində olmaq, bütün dünya birliyi tərəfindən tanınan keyfiyyətli bir təhsil almaq üçün əla bir fürsətdir!
XARICDƏ TƏHSİL
XƏBƏRLƏR
Ukraynada Təhsil | 2021 Qış qəbulu
Xaricdə Təhsil almaq hələ də gec deyil! Ukraynada Qış 2021 Qəbuluna start verildi!Əziz tələbələr və abituriyentlər! Şirkətimiz Fevral-Mart (2021) aylarında mümkün olan ixtisasları təklif edir:- Ukraynada Qiyabi Təhsil - Qəbulu Ukraynaya gəlmədən ZOOM proqramı vasitəsi ilə həyasta keçirmək mümkündür:Təklif olunan fakültələr: Hüquq, Menecment, İqtisadiyyat, Tikinti Təhsil haqqı: 950$ illikUkraynaya gəlmədən qəbulun təşkil edilməsi və bütün sənədləşmə xərci 800$Sənədlər: xarici pasport və attestat- Ukraynada Əyani Təhsil:Təklif olunan fakültələr: Müalicə işi, Veterinarlıq, Menecment
Xaricdə təhsilin üstünlükləri
Xaricdə təhsil almaq tələbə üçün həyatda ən faydalı təcrübələrdən biri ola bilər. Xaricdə təhsil proqramından yararlanmaq gənclər üçün digər bir ölkədə təhsil almaq və yeni bir diyarın cazibəsindən və mədəniyyətindən zövq almaq imkanı yaradır. Xaricdə təhsilin bir çox həm üstünlükləri, həm də mənfi cəhətləri var. Xaricdə təhsil almağın ən yaxşı 5 səbəbi aşağıda qeyd edilib: 1. Yeni dil öyrəninƏn azı bir yeni bir dil öyrənmək, ünsiyyət bacarıqlarını genişləndirmək gələcəkdə sizin üçün yeni peşə imkanları açır. Yeni bir dilin öyrənilməsində təcrübənin yeri əvəzolunmazdır. Buna görə xarici dili həmin dilin istifadə edildiyi
Çexiyada ödənişsiz ali təhsil
Çexiya yalnız turistik məkanları ilə məşhur deyildir. Bu ölkə eyni zamanda məşhur universitetləri ilə minlərlə xarici tələbələri cəlb edir. Ölkədə bir çox dövlət və özəl ali təhsil müəssisələri var. Ancaq xarici tələbələrin əksəriyyəti dövlət universitetlərini seçirlər. Çex Respublikasında çex dilində təhsil pulsuzdur və bu amil tələbənin yerli və ya xarici olmasından asılı deyildir. Buna görə də bir çox xarici tələbələr nir il Çex dilini öyrənir, sonra da Çex dilində təhsilini tamamilə pulsuz davam etdirirlər. Çex dilini öyrənmək aktual olduğu üçün Praqa və digər şəhərlərdə bir sıra özəl kurslar fəaliyyət göstərirlər. Əlbəttə ki, dövlət universitetlərində ...
Şimali Kiprdə Təhsil - 2020 Qəbulu
Əsrarəngiz Kipr adasında təhsil almaq istəyirsiniz? Təhsil ingilis və ya türk dilindədir. Universitetlər təhsil haqqı, yemək, yataqxana daxil Sərfəli təhsil paketləri təklif edirlər. FD Education şirkəti ilə Kipr universitetlərinə qəbul ola bilərsiniz. Bunun üçün ilk öncə universiteti seçin, sonra elektron ərizə formunu doldurun və sənədləri əlavə edin. Sizin sorğu dərhal universitetə göndəriləcək və qəbul dəvət məktubu hazırlanacaq. Əgər konsultasiyaya ehtiyac varsa, şəxsi kabinetdə çat vasitəsi ilə bütün suallarınız cavablandırılacaqdır.Tələbələrin ən çox sorğu göndərdikləri təhsil müəssisəsi Kipr Beynəlxalq ...